Xəbər lenti


İraqın baş naziri Mustafa Əl-Kazımi Bağdaddakı iqamətgahına pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində xəsarət almadığını bildirib.

“Report” xəbər verir ki, hökumət başçısı bu barədə tviterdə bildirib. “Allaha şükür, xalqımın arasında yaxşıyam və İraq adına hamını sakitliyə, təmkinli olmağa çağırıram”, - Mustafa Əl-Kazımi sosial şəbəkədə yazıb.

"Al Hadath" telekanalının məlumatına görə, Baş nazirə sui-qəsd cəhdi olub. Hadisə zamanı Baş nazirin mühafizə xidmətinin 10 əməkdaşı xəsarət alıb. Bundan başqa, iqamətgaha maddi ziyan dəyib.

Daha əvvəl bildirilib ki, İraqın Baş naziri Mustafa əl-Kazımi xəstəxanaya yerləşdirilib.

Yerli KİV-in məlumatına görə, hadisə baş nazirin iqamətgahına minalanmış pilotsuz uçuş aparatı ilə hücumdan sonra baş verib.



Ana səhifəyə qayıt        Baxış: 2 513          Tarix: 7-11-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma