Xəbər lenti

Rusiyanın müdafiə naziri Sergey Şoyqu videokonfrans formatında Çinin müdafiə naziri general Vey Finq ilə görüşündə ABŞ-ın Rusiyaya qarşı hərbi fəaliyyətinə dair açıqlamalar verib

Modern.az xəbər verir ki, o, ABŞ-a məxsus döyüş təyyarələrinin Rusiya sərhədlərində fəaliyyətlərini artırdığını iddia edib.

Nazir bildirib ki, ABŞ təyyarələri keçən ay Rusiya sərhədləri yaxınlığında 30 uçuş həyata keçirdi. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Şoyqu qeyd edib ki, ABŞ-ın strateji bombardmançı təyyarələri Rusiyaya qarşı eyni vaxtda şərq və qərb istiqamətindən nüvə silahı təlimi keçiriblər. Onun sözlərinə görə, ABŞ "Global Thunder" manevri zamanı sözügedən təlimi 10 təyyarə ilə həyata keçirib.



Ana səhifəyə qayıt        Baxış: 2 709          Tarix: 23-11-2021, 19:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma