Xəbər lenti
Donbassda vəziyyətin gərgin olduğu və Rusiyanın Ukrayna sərhədləri boyu qoşun qruplaşmaları cəmləşdirdiyi bir vaxtda separatçıların qüvvələri Ukrayna ordusuna qarşı cəmi bir neçə gün dayana bilər. virtualaz.org xəbər verir ki, qondarma “Luqansk xalq respublikası”nın xalq milisinin üzvü, publisist Yeqor Mitin bu haqda danışıb. Onun sözlərinə görə, əgər Rusiya ordusu köməyə gəlməsə Ukrayna silahlı qüvvələri Donbassı uzağı bir həftəyə nəzarətə götürə bilər.

“Əgər Rusiya hansısa səbəblərdən bizdən imtina edərsə, məsələ iki-üç günə bitər və biz hamımız həlak olarıq. Hətta bizim üçün ideal ssenaridə belə, -hansı ki, Rusiya köməyə gələnə qədər ən yaxşı halda bir həftə dayana bilərik, - hamı başa düşür ki, sağ qalan az olacaq”, - Mitin bildirib.

Bu arada Birləşmiş Ştatlar gələn həftə NATO üzrə müttəfiqləri ilə Rusiya ordusunun Ukrayna sərhədləri boyu cəmləşdirilməsi barədə məsləhətləşmələr aparacaq. Müttəfiqlər Rusiyanın mümkün hərəkətlərinə qarşı birgə cavab addımlarını müzakirə edəcəklər. CNN xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.

“Gələn həftə biz Rusiya ilə Ukrayna sərhədlərində nələrin baş verdiyinə dair qiymətləndirmələrimiz haqda danışacağıq”, - diplomat bildirib. Donfrid əlavə edib ki, Amerika tərəfi Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədə dekabrın 1-də Rusiyanın dəstəyi ilə dövlət çevrilişinin planlaşdırdığı haqda bir gün əvvəlki bəyanatına dair əlavə informasiyalar almağa çalışır.



Ana səhifəyə qayıt        Baxış: 2 980          Tarix: 27-11-2021, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma