Xəbər lenti

Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə etiraz notası göndərib. Bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.

Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanmasıdır.

Buna etiraz olaraq Bişkek sakinləri Qazaxıstan səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Qazaxıstan hakimiyyətindən qırğız musiqıçinin azadlığa buraxılmasını tələb ediblər.

Mitinqdə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iştirak edib.

Ruzaxunovun saxlanmasına Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) də münasibət bildirib. Şöbə musiqiçinin tez-tez Almatıya qastrol səfərinə getdiyini və Yeni il ərəfəsində bu şəhərə dəvət edildiyini bildirib. Ruzaxunov dekabrın 16-da bilet alıb və yanvarın 2-də saat 20:00-da yola düşüb.

Bu məlumatı musiqiçinin yaxınları təsdiqləyib. İnsidentlə əlaqədar Qırğızıstanın Xarici İşlər Nazirliyi hazırda öz vətəndaşının Qazaxıstanda saxlanma şəraitini aydınlaşdırdığını açıqlayıb.

“Bu, Qırğızıstanda məşhur caz ifaçısı Vikram Ruzaxunovdur. O, tez-tez Qazaxıstana gedir, orada konsertlərdə iştirak edir. Onu dünya caz aləmində çoxları tanıyır. Biz onu tanıyırıq və sevirik! Xahiş edirəm, onun üzərinə heç nə yıxmayın, buraxın. O, sadə musiqiçidir!” – deyə Azis Abəkirov “Twitter”-dəki mikrobloqunda yazıb.

Qeyd edək ki, Qazaxıstan hakimiyyəti işkekdən olan caz orkestrinin rəhbəri Vikram Ruzaxunovu guya, nümayişlərdə iştirak etmək üçün Almatıd sakinlərinə pul verdiyini iddia edir.



Ana səhifəyə qayıt        Baxış: 3 551          Tarix: 9-01-2022, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma