Xəbər lenti

Almaniya Hərbi-Dəniz Qüvvələrinin başçısı, vitse-admiral Kay-Axim Şenbax bəyan edib ki, Krım artıq heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq.

Bu barədə öz fikrini o, Hindistanın Manoxar Parrikar müdafiə institutunda mətbuat konfransındakı çıxışında bildirib.

"RİA Novosti"nin xəbər verdiyi kimi, alman admiral Krım barədə bəyanatı Ukraynadakı situasiyanı şərh etmək barədə xahişi cavablandırarkən səsləndirib.

«Krım yaımadası yoxdur, o, heç vaxt qayıtmayacaq… bu, faktdır» - Şenbax deyib.

Şenbax həm də Rusiyanın Ukraynaya soxulacağı barədə söhbətləri sayıqlama adlandırıb.

Krım Rusiyanın tərkibinə 2014-cü ildə referendumdan sonra daxil olub. Referendumda yarımada sakinlərinin böyük əksəriyyəti Rusiya ilə birləşməyə səs verib.

Buna baxmayaraq, Ukrayna, ABŞ və onun müttəfiqləri səsvermənin nəticələrini tanımaqdan imtina edirlər. Moskva isə dəfələrlə qeyd edib ki, referendum beynəlxalq normalara uyğun keçirilib və legitim sayılır.

ABŞ Konqresindəki keçmiş müşavirin - politoloq Ariel Koenin fikrincə, 2014-cü ildə Ukrayna praktiki olaraq, Krımdan könüllü imtina edib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 984          Tarix: 23-01-2022, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma