Xəbər lenti


Rusiya tərəfindən Donetsk və Luqansk Xalq Respublikalarının tanınması Minsk razılaşmalarına ziddir”. 
 
Ovqat.com-un məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
 
"Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını tanıması, əgər bu baş verərsə, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin növbəti kobud şəkildə pozulması olacaq. Bu cür tanınma həm də beynəlxalq normaların pozulması deməkdir. Bundan əlavə, bu, Minsk razılaşmalarının pozulması olardı”, - Stoltenberq belə deyib.


Ana səhifəyə qayıt        Baxış: 5 048          Tarix: 15-02-2022, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma