Xəbər lenti

Avropa İttifaqı Belarusun güc strukturlarının 22 nümayəndəsinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

O cümlədən, müdafiə nazirinin qoşunlarda ideoloji işlər üzrə köməkçisi, general-mayor Leonid Kasinski, müdafiə nazirinin maliyyə və iqtisadi işlər üzrə köməkçisi, general-mayor İqor Mojilovski, müdafiə nazirinin beynəlxalq əməkdaşlıq üzrə köməkçisi, general-mayor Oleq Voinov, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini polkovnik Dmitri Mixolap sanksiyalara məruz qalıb.

Bundan əlavə, sanksiyalar Belarusun Şimal-Qərb Əməliyyat Komandanlığının komandanı Aleksandr Naumenkoya, Qərargah rəisi - Şimal-Qərb Əməliyyat Komandanlığının birinci müavini Vadim Şadura, Şimal-Qərb Əməliyyat Komandanlığının silahlanma şöbəsinin rəisi Dmitri Suroviçə, Qərb Əməliyyat Komandanlığı, eləcə də Müdafiə Nazirliyinin Baş Maliyyə-İqtisadi İdarəsinin rəisinin birinci müavini Dmitri Zabrotskiyə də şamil edilib.

Qeyd edilib ki, bu şəxslər Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə, habelə bu ölkədə sabitlik və təhlükəsizliyə xələl gətirən hərəkətləri dəstəkləyirlər.
Mənbə: “İnterfaks”


Ana səhifəyə qayıt        Baxış: 2 788          Tarix: 2-03-2022, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma