Xəbər lenti
Bu gün, 09:15
Dünən, 21:48
Dünən, 19:44
Dünən, 18:40
Dünən, 15:00
Dünən, 13:09
18-11-2025, 23:30
18-11-2025, 22:51
18-11-2025, 22:00
18-11-2025, 21:00
18-11-2025, 19:10
18-11-2025, 18:53
18-11-2025, 16:36
18-11-2025, 15:20
18-11-2025, 14:18
18-11-2025, 13:30

Azərbaycan Respublikası Prezidenti Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Ovqat.com-un məlumatına görə, yeni Sərəncamla ordunun bir sıra strukturlarının rəhbərləri müəyyənləşib.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları göstərilən ali zabit heyəti vəzifələrinə təyin edilsinlər:
1.1. general-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi;
1.2. general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı;
1.3. general-mayor Əliyev Azər Əli oğlu – Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi;
1.4. general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























