Xəbər lenti

ABŞ Rusiyanın Ukrayna ilə danışıqlarda ciddi olduğunun əlamətlərini görməyib.

APA CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Mərakeşin xarici işlər naziri Nasser Bourita ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ Rusiya-Ukrayna danışıqlarının effektiv şəkildə irəlilədiyini, eləcə də Rusiya tərəfindən bu danışıqlara real ciddiyyət göstərildiyinin əlamətlərini görməyib.

“Rusiyanın nə dediyi və nə etdiyi ortadadır”, - Blinken bildirib. Dövlət katibi əlavə edib ki, Rusiyanın Kiyev ətrafında hərbi əməliyyatları azaltması ilə bağlı bəyanatı insanları yanıltmaq məqsədi daşıya bilər.

Dövlət katibi Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və hərbi qüvvələrini geri çəkərək danışıqlarda iştirak etməyə çağırıb.


Ana səhifəyə qayıt        Baxış: 4 556          Tarix: 29-03-2022, 19:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma