Xəbər lenti
Dünən, 19:25

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Silahlı Qüvvələrinin azad etdiyi Borodyankada olub. O qeyd edib ki, Borodyankada da vəziyyət Buça və Ukraynanın bir çox digər şəhərlərindəki kimidir.

Luqansk vilayətində rus işğalçılarının hücumları və müdafiəni yarıb keçmək cəhdləri uğursuzluqla nəticələnir. Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Rusların bütün həmlələri, müdafiəmizi yarıb keçmək cəhdləri uğursuz alınıb. İtkiləri çoxdur, xəstəxanalar yaralı ruslarla doludur, “Kamaz”lar Luqanska daha çox meyit aparırlar. Texnikaları döyüş meydanında qalıb. Ciddi itkiləri var”, - Qayday bildirib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib ki, son bir neçə gün ərzində rus ordusu Şərq əməliyyat zonasında hücumu əhəmiyyətli dərəcədə gücləndirib, raket və artilleriya hücumlarının sayını artırıb.



Ana səhifəyə qayıt        Baxış: 3 314          Tarix: 20-04-2022, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma