Xəbər lenti

Fransa Ukraynaya 615 ton humanitar yardım edib.

"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron tviter hesabında bildirib.

Makron Kiyevə hərbi yardımı, xüsusən də müdafiə silahlarının, eləcə də humanitar yardımların tədarükünü gücləndiriləcəyini vəd edib.

Qeyd edək ki, aprelin 30-da Ukrayna Prezidenti Volodimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Bundan əvvəl Makron qeyd edib ki, ölkəsi "Milan" tank əleyhinə raket komplekslərini və "CAESAR" özüyeriyən artilleriya sistemlərini Kiyevə ötürür.



Ana səhifəyə qayıt        Baxış: 1 808          Tarix: 30-04-2022, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma