Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Avropa İttifaqının Xarici işlər nazirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Ovqat.com-un məlumatına görə, buna səbəb Macarıstanın ittifaq üzvlərindən külli miqdarda kompensasiya tələb etməsi olub.
Faktı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel də təsdiqləyib.
Toplantıdan sonra mətbuat konfransı keçirən Josep Borrel bildirib ki, Macarıstan Rusiya neftindən imtina etməsi üçün Avropa İttifaqından 15-18 milyard avro məbləğində maliyyə yardımı istəyib. Əgər İttifaq belə bir addım atarsa, rəsmi Budapeşt də embarqoya razı olacaq. Nazirin təklif etdiyi digər həll yolu isə boru kəməri ilə nəql olunan rus neftinin embarqodan çıxarılmasıdır.
Aİ diplomatiyasının rəhbəri əmin edib ki, bu məsələnin müzakirəsi davam etdiriləcək. Paket “Daimi Nümayəndələr Komitəsinə qayıdacaq və səfirlər müzakirələri davam etdirəcək”.
Qeyd edək ki, Macarıstan Rusiyadan Avropa İttifaqına idxal edilən neftin yalnız 1%-ni alır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar