Xəbər lenti
Bu gün, 10:34
Bu gün, 01:13
Dünən, 21:32
Dünən, 20:23
Dünən, 16:09
Dünən, 14:34
Dünən, 13:30
Dünən, 12:06
Dünən, 10:36
15-11-2024, 23:31
15-11-2024, 22:46
15-11-2024, 20:41
15-11-2024, 19:51
15-11-2024, 18:37
15-11-2024, 17:30
15-11-2024, 16:26
15-11-2024, 15:41
15-11-2024, 14:14
15-11-2024, 14:00
15-11-2024, 11:08
Fransanın 155 mm-lik "Ceaser" özüyeriyən artilleriya qurğuları Ukraynaya yola salınıb.
Ovqat.com-un bildirdiyinə görə, bu qurğuların Ukraynaya verilməsinin planlaşdırılması barədə ilk məlumatı Fransa Prezidenti Emmanuel Makron bu ilin aprel ayında “Ouest France” nəşrinə müsahibəsində səsləndirmişdi.
Makron müsahibəsində qeyd etmişdi ki, Fransa "Milan" tank əleyhinə raket komplekslərini və "CAESAR" özüyeriyən artilleriya sistemlərini Kiyevə göndərəcək.
Bəs "CAESAR" haubitsaları Ukrayna ordusuna hansı üstünlükləri qazandıracaq?
Bu silahlar Ukraynaya ilk növbədə 40 km-lik məsafələri daha rahat vurmaq imkanı verəcək. Ümumiyyətlə, son zamanlar istər ABŞ-dan, istərsə də Qərb ölkələrindən Ukraynaya göndərilən ağır texnikaların əsasən 36-40 km.-lik mənzilə sahib olduğu diqqətdən yayınmır. Bundan əvvəl Kanadanın Ukraynaya təhvil verdiyi M777 haubitsalarının mənzili də aşağı-yuxarı 40 km. idi. Bu da Ukraynada artıq 10 km-ə qədər mənzili olan şəhər döyüşləri mərhələsinin bitdiyini, daha uzun məsafəli hesablaşmalar dövrünün başladığını göstərir.
SEZAR haubitsalarının da uçuş məsafəsi 40 kilometrə qədərdir. Sistem dəqiqədə 6-8 döyüş sursatı ata bilir.
“Ouest-France” qəzetinin məlumatına görə, Fransa ordusu Ukraynaya öz inventarından 12 CAESAR haubitsaları tədarük edəcək.
Hazırda Fransanın inventarında təxminən 70 CAESAR var. Fransa ordusu 2025-ci ilə qədər daha 109 SEZAR-ı öz inventarına daxil etməyi planlaşdırır.
6×6 və ya 8×8 yük maşınına quraşdırılmış 155 mm-lik haubitsa sistemi olan SEZAR 2009-cu ildən Fransa Ordusu və digər dünya orduları tərəfindən fəal şəkildə istifadə olunur. Dolayısıyla müasir silah sayılır və dəqiq nişanalma özəlliklərinə malikdir.
Bəhs olunan haubitsalardan bu günə qədər Əfqanıstan, Livan, Mali, İraq və Yaxın Şərq, Şərqi Asiya ölkələrində istifadə olunub. Bu günə qədər həmin sistemlə 100.000 atış edildiyi məlumdur. Dünyada ən çox satılan haubitsalar arasında yer alır.
Məlumata görə, bu silahlardan istifadənin öyrədilməsi çərçivəsində 40-a yaxın ukraynalı əsgər Fransaya göndərilib.
Ukraynaya indiyə qədər 155 millimetrlik artilleriya sistemləri tədarük edəcəklərini açıqlayan ölkələr bunlardır:
Hollandiya/PZH-2000
ABŞ/M177
Kanada/M777
Fransa/SEZAR.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar