Xəbər lenti

“Qərbin Ukraynaya verə biləcəyi ən yaxşı silah tank əleyhinə silahlar və zenit qurğularıdır, “Miq-29”-lar yox”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı, general Tod Uolters CNN-ə açıqlamasında deyib.

Uolters deyib ki, Ukrayna ordusu əlində olan tank əleyhinə silahlar və zenit qurğularından məharətlə yararlana bilir.

Amerikalı general bildirib ki, Ukraynanın ixtiyarında kifayət qədər təyyarə var və onların çoxaldılması hava məkanında elə bir üstünlük qazandırmayacaq. Əvəzində, Ukraynaya sözügedən təyyarələrin verilməsi Rusiya üçün bəhanə olar və eskalasiyanı daha da artıra bilər. Ona görə də, generalın fikrincə, Ukraynaya daha çox hava müdafiə sistemləri və tank əleyhinə qurğular verilməlidir.

ABŞ-ın Nümayəndələr Palatası Ukraynaya 13.6 milyard dollarlıq təcili yardımı təsdiqləyib.

"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki, bunun 6.5 milyardını Pentaqon Ukraynaya hərbi yardım kimi ayıracaq, qalanı humanitar və iqtisadi yardıma, o cümlədən 1.5 milyonluq qaçqının dəstəklənməsinə xərclənəcək.

Qanun layihəsinin yaxın günlərdə Senatda təsdiqlənəcəyi gözlənir.



Ana səhifəyə qayıt        Baxış: 3 432          Tarix: 10-03-2022, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma