Xəbər lenti
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
NATO-nun hazırda təlimlər keçirdiyi strateji bölgə ətrafında gərginliyin artması fonunda onlarla Rusiya hərbi gəmisi də Baltik dənizində hərbi təlimlərə başlayıb.
Ovqat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə bildirib.
“Bu təlimin tələbinə uyğun olaraq Baltik Donanmasının taktiki dəniz qrupları öz bazalarını tərk edərək, təyin olunmuş ərazilərdə yerləşdirilib”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən verilən məlumata görə, Litva və Polşa arasında Baltik dənizi sahilində yerləşən Rusiyanın Kalininqrad vilayətindəki poliqonda keçiriləcək təlimlərdə 60 gəmi və 40 təyyarə iştirak edir.
Rusiyanın təlimləri NATO-nun Baltik dənizində iyunun 17-dək davam edəcək “Baltops 22” adlı illik hərbi dəniz təlimləri ilə eyni vaxta düşür.
Strateji Baltik dənizi regionu keçən ay İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün rəsmi müraciətindən sonra diqqətləri özünə cəlb edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar