Xəbər lenti
27-11-2024, 19:25

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass baş nazir olacağı təqdirdə ilk dəfə Çini ölkənin milli təhlükəsizliyinə “təhdid” elan etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Times” nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Materialda qeyd olunub ki, Liz Trass Böyük Britaniyanın Baş naziri vəzifəsinə seçiləcəyi təqdirdə xarici siyasətə yeni forma verəcəyini, eləcə də rəsmi Londonun növbəti onilliklər üçün diplomatiya və müdafiə sahəsində prioritetlərini müəyyən edən sənədə yenidən baxılacağını vəd edib.

Bu halda Çinə Böyük Britaniyaya “kritik təhlükə” statusu verilə bilər.

Öz növbəsində, “Financial Times” nəşri Vaşinqtondakı mənbələrə istinadən yazıb ki, L.Trass özünün aqressivliyi, açıqlığı və maksimalist “ağ-qara düşüncəsi” ilə ABŞ administrasiyasını qıcıqlandırır.




Ana səhifəyə qayıt        Baxış: 2 923          Tarix: 29-08-2022, 13:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma