Xəbər lenti
27-11-2024, 19:25

“Avropa İttifaqı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) nümayəndə heyətinin Zaporojye atom elektrik stansiyasına səfərini alqışlayır və stansiya ətrafındakı zonanın tam demilitarizasiyasına (hərbisizləşdirilməsinə) nail olmaq niyyətindədir”.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.

“BAEA-nin missiyası indi Zaporojyeyə yollanıb. Biz Qrossini (BAEA-nın baş direktoru Rafael) tam dəstəkləyirik. Avropanın ən böyük atom elektrik stansiyası olan stansiyanın ətrafının dərhal hərbisizləşdirilməsinə çağırırıq”, - deyə Borrel Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.

Mənbə: Gazeta.ru




Ana səhifəyə qayıt        Baxış: 2 852          Tarix: 31-08-2022, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma