NATO Ukraynadakı müharibəni çox tez bitirə bilər, lakin bu halda nüvə müharibəsi riski kritik dərəcədə artacaq.
Bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri, ordu generalı Nikolay Malomuz deyib.
O əlavə edib ki, hazırda Ukraynada Rusiya ilə NATO arasında birbaşa qarşıdurma ssenarisi çətin görünür:
“Əgər çox təsirli əməliyyat hazırlansaydı, müharibə tez başa çata bilərdi, çünki Rusiya NATO-nun birləşmiş qüvvələrinin potensialının onda birinə belə malik deyil. Amma bu, təbii ki, nüvə qarşıdurmasının dərəcəsinin artmasına gətirib çıxaracaq”.
Onun fikrincə, NATO müharibəyə girsəydi, Rusiya bölgəyə nüvə silahını yerləşdirməyə çalışardı:
“Bu halda dünya qlobal böhran və bütövlükdə bəşəriyyətin məhv olmaq təhlükəsi astanasında olardı. Bayden və digər dünya liderləri bu xətti çox aydın hiss edirlər. Ona görə də hesab edirəm ki, heç bir qlobal hücum olmayacaq və indi belə bir ssenari işlənmir. Ancaq Rusiyanın NATO ölkələrindən birinə qarşı təcavüzə başlayacağı halda bu, baş verə bilər"./Teleqraf.com
Paylaş: