Xəbər lenti
Dünən, 19:25

“Huron gölü üzərində vurulan obyekt potensial kəşfiyyat imkanlarına görə təhlükəli olub”.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Bildirilib ki, obyekt milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən ABŞ hərbi obyektlərinin yaxınlığından uçub.

“Uçuş yolunu və mövcud məlumatları nəzərə alaraq, bu obyekti Montana üzərindəki hava məkanında qəbul edilən radar siqnalı ilə əsaslı şəkildə əlaqələndirə bilərik. Həmin obyekt Müdafiə Nazirliyinin milli təhlükəsizlik baxımından həssas obyektlərinin yaxınlığından uçub”-deyə, məlumatda vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 3 243          Tarix: 13-02-2023, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma