Xəbər lenti
Bu gün, 19:25


 

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken G-20 zirvəsinin keçirildiyi Hindistanın paytaxtı Yeni Dehlidə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Blinkenin istəyi ilə baş tutan görüş 10 dəqiqədən də az çəkib. 

Ovqat.com-un məlumatına görə, Blinken görüşdə Rusiyaya 3 mesaj çatdırıb:

  1. Rusiyanın casusluq ittihamı ilə həbs etdiyi bir ABŞ vətəndaşı sərbəst buraxılsın;
  2. Moskva təcili START anlaşmalarına geri dönsün;
  3. Ukrayna müharibəsi barədə dərindən düşünsün.

Rusiya XİN sözçüsü Mariya Zaxarova görüşdə heç bir mövzunun müzakirə olunmadığını bildirib.

0.27

Dövlət Departamenti: 10 dəqiqəlik görüşdə heç bir razılaşma əldə olunmayıb

“Blinkenin Lavrovla qısa söhbəti nəticəsində heç bir məsələdə konsensus və razılaşma əldə olunmayıb”.

Ovqat.com-un məlumatına görə, ABŞ Dövlət Departamenti Antoni Blinkenin Yeni Dehlidə rusiyalı həmkarı S.Lavrovla görüşünü şərh edən açılamasında bildirib.

Açıqlamada həmçinin vurğulanır ki, “ABŞ yaxın gələcəkdə Rusiya ilə yeni yüksək səviyyəli təmaslar gözləmir”.


 

 




Ana səhifəyə qayıt        Baxış: 5 886          Tarix: 2-03-2023, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma