Xəbər lenti
Bu gün, 19:25

Rusiya uğrunda mübarizə burada və indi getməlidir, əks halda Ukrayna NATO-nun köməyi ilə yenidən qırmızı xətləri aşacaq.

Axar.az xəbər verir ki, bu sözləri "Vaqner"in rəhbəri Yevgeni Priqojin deyib.

O qeyd edib ki, “xüsusi əməliyyat” hətta sabah da başa çata bilər:

“Hazırda rus qoşunlarının yerləşdiyi xətti “çəkmək” olar. Onları qalın zolaqla çəkmək məqsədəuyğundur ki, daha sonra bir kilometr oyan-buyan olmasın. Bunun üzərinə Rusiya sərhədini çəkin və sərhədçiləri qoyun”.

Buna baxmayaraq, Priqojin Ukraynanın NATO-nun köməyi ilə “qırmızı xətləri” keçərək, 2014-cü ilə qədər ona məxsus olan əraziləri geri qaytarmağa çalışacağına əminliyini ifadə edib:

“Ona görə biz burada və indi Rusiya üçün mübarizə aparmalıyıq. Xüsusi əməliyyat elə indi başa çatsa, növbəti münaqişə daha faciəli və qanlı ola bilər. Buna heç bir şübhə yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 3 015          Tarix: 5-03-2023, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma