Xəbər lenti
Bu gün, 19:25

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Belarus prezidenti Aleksandr Lukaşenkonun ötən həftə ölkə səmasında zərbə endirilən Rusiyaya məxsus A-50 kəşfiyyat təyyarəsinin guya Ukrayna qüvvələri tərəfindən vurulması barədə açıqlamasını təkzib edib.

Modern.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Terminləri aydınlaşdırmalıyıq. Terror hücumu Belarus ərazilərindən Ukrayna şəhərlərinə raketlərin atılmasıdır. Sabotaj dağıdıcı qrupların Belarus sərhədlərindən ölkəmizə girməsidir. A-50-yə edilən hücum isə yerli partizanlar tərəfindən həyata keçirilmiş terrorla mübarizə aktıdır", - deyə o qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl "Maçulişçi" hərbi aerodromunda partlayış törədilib. Partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib. Məlumata görə, iki partlayış nəticəsində təyyarənin ön və mərkəzi hissələri, avionika və radar antenası zədələnib. Belarus partizanları kəşfiyyat təyyarəsinin yerləşdiyi “Maçulışçi” aerodromunda iki həftə hava kəşfiyyatı aparıblar.




Ana səhifəyə qayıt        Baxış: 2 696          Tarix: 7-03-2023, 18:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma