Xəbər lenti
Bu gün, 19:25

Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Somali, Türkiyə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının nümayəndələri Somalidə təhlükəsizlik, dövlət quruculuğu, inkişaf və humanitar fəaliyyətlə bağlı birgə bəyanat yayıblar.

Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi martın 7-də məlumat verib.

Ölkə nümayəndələri Vaşinqtonda görüşüblər. Tərəfdaşlar terrorizmlə mübarizədə Somali federal hökumətinə dəstəklərini ifadə ediblər.

Onlar Somalinin “Əl-Şəbab” qruplaşması ilə mübarizəsini dəstəkləmək və Afrika İttifaqının Somalidəki Keçid Missiyasının ixtisarını müzakirə ediblər.

Ölkələr həmçinin beynəlxalq təhlükəsizlik yardımının koordinasiyasını gücləndirmək barədə razılığa gəliblər.

Tərəfdaşlar birgə işi davam etdirilməsi və nailiyyətləri qiymətləndirilməsi üçün növbəti üç ay ərzində Qətərin paytaxtı Dohada yenidən görüşməyə razılaşıblar.

Mənbə: rossaprimavera.ru




Ana səhifəyə qayıt        Baxış: 2 716          Tarix: 7-03-2023, 23:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma