Xəbər lenti

Vaşinqton administrasiyası İranla münaqişəyə can atmır.

APA xəbər verir ki, bu sözləri Ottavada Kanadanın Baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransında ABŞ Prezidenti Co Bayden deyib.

Onun sözlərinə görə, ABŞ Tehrana bağlı qrupların hücumlarına cavab verməyə hazırdır.

“Buna heç bir şübhəniz olmasın. Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır və bunu istəmir. Amma biz xalqımızı qorumaq üçün qətiyyətli zərbə endirəcəyik. Necəki bu dünən gecə baş verdi", - deyə Bayden bildirib.

ABŞ lideri qeyd edib ki, milli təhlükəsizlik üzrə köməkçilər dünən Suriyada baş vermiş hücumla bağlı məlumat veriblər.

Onun sözlərinə görə, İranın dəstəklədiyi qrup ABŞ obyektlərindən birinə pilotsuz uçan aparatla zərbə endirib.

Baydenin sözlərinə görə, bir amerikalı həlak olub, bir neçəsi yaralanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 980          Tarix: 25-03-2023, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma