Xəbər lenti

 


Kremlə pilotsuz təyyarənin hücumundan sonra Rusiya Ukraynaya nüvə zərbəsi endirə bilər.

 

Ovqat.com xəbər verir ki, Rusiyanın müxalif Gulagu.net saytı hakimiyyətdəki özəl mənbələrinə istinadən bu məlumatı yayıb.

 

Nəşrin iddiasına görə, artıq bu istiqamətdə bəzi addımlar atılıb: “Bir sıra TU-22M təyyarələrinin uçuşa hazırlanması üçün Engels və Şaykovkadakı aviabazalara göstərişlər göndərilib və gecə saatlarında Kiyevdə bir sıra inzibati binalara raket hücumları həyata keçirilə bilər. Mənbə etiraf edib ki, ilk dəfə nüvə silahından istifadə oluna bilər, ən azı 2 nüvə başlıqlı bomba artıq birbaşa göstərilən aerodromlardan birində yerləşir”, - deyə Gulag.net yazır.

 

Qeyd edək ki, Kremlin vurulmasından bərk hiddətlənən Rusiya rəsmiləri olduqca kəskin bəyanatlar verirlər. Hətta Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev hücumun qisasını almaq üçün Zelenskinin ofisini bombardman etmək və Ukrayna liderini fiziki məhvi təklifini irəli sürüb: “Bugünkü terror aktından (Kremlə hücumu nəzərdə tutur) sonra Zelenski və onun kabinəsinin fiziki məhvindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”.

 

Maraqlıdır ki, Kiyev Kremlə dron zərbəsinin məsuliyyətini öz boynuna götürmür. Bəzi ukraynalı analitiklər hücumun Rusiyanın özü tərəfindən təşkil edilə və məqsədin əks-hücumlara hazırlaşan Ukraynanın qarşısını hansısa yolla kəsmək ola biləcəyini düşünürlər. Mümkündür ki, həqiqətən də Moskvaya öz nüvə hücumunu həyata keçirmək üçün münbit bəhanə lazım olsun. Ən yaxşı bəhanə isə Kremlə edilən hücumdur. Zira Rusiyanın nüvə silahından istifadə etmək doktinasına əsasən, öz əraziləri və strateji obyektləri hücuma məruz qalarsa, bu strateji silahlarını işə sala bilər. İstisna edilməməlidir ki, Ukraynanın əks-hücumu nəticəsində baş verəcək mütləq məğlubiyyətdən yayınmaq üçün Kreml bu bəhanədən istifadə etmək fikrinə düşsün.

 




Ana səhifəyə qayıt        Baxış: 6 252          Tarix: 3-05-2023, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma