Xəbər lenti

Böhran ABŞ-Qətər münasibətlərinə təsir etməyib və yaxın gələcəkdə növbəti birgə təlimlər keçiriləcək"

"Report" xəbər verir ki, bu barədə Qətərin müdafiə naziei Xalid əl-Attıyya məlumat verib.

"Qətərin ABŞ və Türkiyə ilə münasibətlərinin möhkəm və olması və davamlı inkişaf etməsi üçün az zəhmət çəkməmişəm. Düşünmürəm ki, ABŞ terrorizmlə mübarizə istiqamətində Qətərlə əməkdaşlıqdan imtina edər. Qətər və ABŞ beynəlxalq anti-terror koalisiyasında müttəfiqdirlər. Bizim münasibətlərimiz dost münasibətidir və möhkəmdir. Qətər, ABŞ və Türkiyə mütəmadi olaraq Qətər ərazisində hərbi təlimlər keçirir. Yaxın gələcəkdə üç ölkənin növbəti hərbi təlimləri keçiriləcək", - deyə o əlavə edib. 




Ana səhifəyə qayıt        Baxış: 800          Tarix: 25-07-2017, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma