“Seçkilərin ikinci turunun Türkiyənin gələcəyini necə formalaşdıracağı bütün dünyada izlənəcək”.
Musavat.com xəbər verir ki, bu fikirlər “The New York Times” (NYT) qəzetində dərc olunan “Türkiyənin ikinci tur seçkisində nə gözlənilir” başlıqlı məqaləsində öz əksini tapıb.
Məqalədə İstanbul bürosunun rəhbəri Ben Hubbardın bu sözlərinə yer verilib: “Əksər insanlar Ərdoğanın qalib gələcəyi ehtimalı ilə hərəkət edirlər. İlk turda önə keçən Ərdoğan əhəmiyyətli dəstək aldı”.
NYT “Ərdoğanın qələbəsi Türkiyənin dünya səhnəsindəki roluna necə təsir edir?” sualını qoyub və Qərbin bir hissəsində Ərdoğana qarşı çıxanların olduğunu etiraf edib:
“Beynəlxalq miqyasda, ABŞ-da və Avropada onun məğlub olmasını arzulayan çoxlu lider və siyasətçi var idi. Lakin bunu açıq demirlər”.
ABŞ nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğuna diqqət çəkib:
“Ərdoğan Ukraynanın işğalından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qatılmaqdan imtina edərək, əvəzində Rusiya ilə ticarət əlaqələrini genişləndirdi”.
NYT, həmçinin yazıb ki, Ərdoğan həm Putin, həm də Zelenski ilə görüşən nadir liderlərdən biridir.
Paylaş: