Xəbər lenti

“Vaqner” üzvləri tərəfindən vurulan Rusiya ordusuna məxsus helikopterlərin pilotları açıqlama ilə çıxış ediblər.

Pilotlar bildiriblər ki, onlara Ukrayna silahlı qüvvələrinin kolonlarına hücum etmək əmri verilib və “Vaqner”ə qarşı döyüşdüklərindən xəbərsiz olublar.

Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya silahlı qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan ediblər.

“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.

Mənbə: AP Wagner “Telegram” kanalı




Ana səhifəyə qayıt        Baxış: 3 266          Tarix: 24-06-2023, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma