ABŞ Senatı Respublikaçılar partiyasının səhiyyə barədə təklif etdiyi yeni qanun layihəsini rədd edib.
Publika.az xəbər verir ki, “Obamacare” adlı layihənin ləğv edilməsini və bunun əvəzinə yeni səhiyyə sığortasını təklif edən millət vəkillərinin istəyi gerçəkləşməyib.
Senatın İdarə Heyətində keçirilən səsvermədə layihənin 57 nəfər əleyhinə, 43 nəfər lehinə səs verib. Beləliklə də, 60 səsə ehtiyacı olan qanun layihəsi qəbul edilməyib.
100 millət vəkili olan Senatda 52 nümayəndə ilə təmsil edilən Respublikaçılar partiyasının 9 üzvü də layihəyə qarşı çıxıb.
Səsvermədən sonra bir həftə ərzində qanun layihəsinin müxtəlif dəyişikliklər edilməsi ilə yenidən səsverməyə çıxarılacağı gözlənilir.
ABŞ Prezidenti Donald Tramp layihə ilə bağlı açıqlama verərək senatorların “Obamacare” səhiyyə layihəsinin ləğv edilməsi üçün atdığı addımları dəstəklədiyini bildirib.
Paylaş: