Xəbər lenti

Üç terrorçu Tacikistan-Əfqanıstan sərhədini pozaraq Tacikistan ərazisinə daxil olublar.

Bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müqavimət göstərən silahlılar xüsusi xidmət orqanları tərəfindən məhv ediliblər.

Sərhədi pozan şəxslərin Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan Respublikasının ərazisində terror aktı törətmək istədikləri qeyd olunur. 

Mənbə: Khovar




Ana səhifəyə qayıt        Baxış: 3 495          Tarix: 6-09-2023, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma