Xəbər lenti

Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanc Tuadera Fransa lideri Emmanuel Makron ilə görüşü zamanı onun rusiyalı təlimatçıların ölkədən çıxarılması təklifinə sərt cavab verib.

Tuadera fransalı həmkarına “iki ölkə arasında müdafiə və kadr hazırlığı sahəsində razılaşma çərçivəsində Rusiya hakimiyyəti ilə qarşılıqlı əlaqədə olduğunu” izah edib və əlavə edib ki, qalanı “onun işi deyil”.

Qeyd olunur ki, Makron rusiyalı təlimatçıların Mərkəzi Afrika Respublikasından mümkün çıxarılmasını respublikanın Fransa ilə yaxınlaşması üçün şərt kimi qiymətləndirir.

Mənbə: gazeta.ru




Ana səhifəyə qayıt        Baxış: 3 872          Tarix: 17-09-2023, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma