Xəbər lenti

“Əl-Qaidə” terror təşkilatının başına Usama Bin Ladeninin 28 yaşındakı oğlu Həmzə Bin Laden keçəcək.

Publika.az
 xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı Həmzə qısa müddətdə “Əl-Qaidə”nin liderliyini ələ alaraq, sıradan çıxarılan İŞİD-in yerini tutacaq.

Həmzə Bin Laden ötən il yayımladığı səsli mesajda Səudiyyə Ərəbistanını hədəfə alır və bu ölkədəki “tənha canavarları” hücuma dəvət edirdi. O, həmçinin, Səudiyyə Ərəbistanının yaradıcısı Əbdüləziz bin Rəhman əl Səudu “ingilis casusu” adlandırıb.

ABŞ Dövlət Departamentinin rəsmisi Əli Soufan isə “CBS News” kanalına açıqlamasında bildirib ki, Həmzə Bin Laden hələ uşaq vaxtı atasının yerinə keçə bilmək potensialına malik idi.

“Həmzə atasının intiqamını alacağını bildirir”, - deyə o, qeyd edib. 




Ana səhifəyə qayıt        Baxış: 630          Tarix: 1-08-2017, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma