Xəbər lenti

“NATO Kiyevə silah tədarükünün koordinatoru rolunu öz üzərinə götürmək istəyir və Ukraynadakı münaqişədə birbaşa iştirakını açıq şəkildə bəyan edir”.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

M.Zaxarova Rusiya ilə Şimali Atlantika Alyansı (NATO) arasında birbaşa toqquşmadan narahatlığını ifadə edib.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirib ki, alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Mənbə: RIA Novosti




Ana səhifəyə qayıt        Baxış: 2 860          Tarix: 21-02-2024, 18:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma