Martın 21-də səhər genişmiqyaslı hava reydi zamanı Rusiya Silahlı Qüvvələri “Kinjal” aeroballistik raketləri ilə Kiyevə hücum edib.
Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko məlumat yayıb.
“Kiyevin bir neçə bölgəsində güclü partlayışlar baş verib. Paytaxtın üç rayonuna raket hissələri düşüb, evlərə və uşaq bağçalarına ziyan dəyib, avtomobillər yanıb”, - deyə Kliçko bildirib.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın hücumu zamanı Kiyev üzərində və paytaxt ərazisində hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə ballistik raketlər də daxil olmaqla, üçə yaxın düşmən raketi vurulub.
Hücum nəticəsində on nəfər yaralanıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Digərlərinə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Mənbə: TASS
Paylaş: