Suriyada müxaliflərə verdiyi silah dəstəyini kəsən ABŞ geri topladığı silahları PKK\PYD terror təşkilatına göndərir.
Publika.az xəbər verir ki,, silahları geri verməyən müxalif qruplar bombalanmaqla təhdid edilir.
Amerika müxalif qüvvələrdən zorla aldığı silahları İordaniyaya keçirir. İordaniyanın şimalında yerləşən ABŞ hərbi bazasından Qamışlı bölgəsinə göndərilən raket rampları və piyada topları, həmçinin, avtomat silahlar Hasekidəki PYD terror təşkilatına təslim edilir.
Suriyanın şərqində savaşan Ömər Tuqaylar təşkilatının sözçüsü Vail Muazer ABŞ-ın onlara 4 şərt qoyduğunu açıqlayıb:
“Onlar bizdən Əsəd rejimi ilə savaşmağa son verməyi, gücümüzü sadəcə İŞİD-ə yönləndirməyi, Rakkaya əsgər göndərməyi və ağır silahlarla avtomobilləri geri verməyi tələb edirlər. Əks halda, bizi bombalamaqla təhdid edirlər.
Lakin müxalif qüvvələrdən heç bir qrup bu təhdidlərə boyun əymək niyyətində deyil. Belə ki, Şam və Xüms bölgələrindəki 11 tuğay birləşərək ortaq hərəkət edəcəyini bildirib. Daha 40 müxalif dəstə birləşmək üçün öz aralarında müzakirə başladıb. Onlar heç bir xarici gücə tabe olmadan azadlıq mübarizəsini davam etdirmək istəyirlər. Buna görə də “Birləşmiş Suriya Cəbhəsi” adlı təşkilat qurmaq niyyətindədirlər”.
“ABŞ bu təhdidlərlə İŞİD terror təşkilatına qarşı müxalif qüvvələri savaşdıraraq, PYD terror qruplaşmasını qorumağı düşünür”.
Bu barədə açıqlama verən Əl Qaramə təşkilatının komandiri Əbu Ömər Əl Xümsi 17 iyul tarixindən bəri ABŞ-ın ağır təcavüzünə məruz qaldıqlarını etiraf edib:
“Bizdən PKK/PYD terror təşkilatlarına dəstək verməyimizi tələb olunur. Əks təqdirdə mövqelərimizin bombalanması ilə təhdid edirlər”.
Paylaş: