ABŞ İranın pilotsuz təyyarələr və qanadlı raketlər də daxil olmaqla, ölkə daxilində hərbi aktivlərini hərəkətə keçirməsini müşahidə edərək, onun öz ərazisindən İsrail hədəflərinə hücum etməyə hazırlaşdığına işarə edib.
Məlumata görə, ABŞ İranın 100-ə qədər qanadlı raket hazırladığını görüb. İranlılar İsrailə vuracaqları zərbənin “əhəmiyyətli” olmasını istəyirlər. Lakin onlar həm də İsrail və ABŞ ilə birbaşa müharibədən qaçmaq niyyətindədirlər, ona görə də ABŞ kəşfiyyatı İranın ilk hücumu həyata keçirmək üçün öz müvəkkil qüvvələrindən istifadə edə biləcəyini təxmin edir.
Xatırladaq ki, aprelin 1-də Suriyanın paytaxtı Dəməşqə raket zərbəsi endirilib. Hücum nəticəsində İran konsulluğunun binası tamamilə dağılıb. 13 nəfər həlak olub, onlardan biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəksəviyyəli komandiri Məhəmməd Rza Zahedi olub.
İran rəsmi olaraq İsraili hücumda günahlandırıb və “sərt” cavab vəd edib. İsrail hadisə ilə bağlı şərh verməyib.
ABŞ İranın İsraildəki hədəflərə, o cümlədən ABŞ hədəflərinə mümkün zərbələri ilə əlaqədar yüksək hazırlıq vəziyyəti elan edib.
Aprelin 12-də ABŞ Prezidenti Co Bayden mümkün İran zərbəsini şərh edərkən, “bu, tez baş verəcək” deyərək, Tehranı bunu etməməyə çağırıb və Birləşmiş Ştatların İsraili müdafiə etmək öhdəliyinə arxayın olub.
Mənbə: RBC
Paylaş: