Xəbər lenti

Belçika İrana qarşı yeni sanksiyalara görə Avropa İttifaqının sammitini çağırmaq niyyətindədir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksander De Kro bildirib.

O qeyd edib ki, Aİ Şurasının sədri kimi Belçika Aİ liderlərini İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağıracaq.

"Belçika Aİ Şurasının sədri kimi yeni sanksiyalara çağıracaq. Eyni zamanda, regionda yeni eskalasiyanın qarşısını almaq üçün son dərəcə diqqətli olmalıyıq", - De Kro vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 784          Tarix: 17-04-2024, 21:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma