Xəbər lenti

Amerika Birləşmiş Ştatları PYD terror təşkilatının üzvlərinin də iştirak etdiyi “Rakka Daxili Təhlükəsizlik Qüvvələri” adlı yeni təşkilat qurub.

Publika.az xəbər verir ki, bu təşkilat Suriyanın Rakka şəhərində daimi olaraq yerləşdiriləcək.

İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə qurulan koalisiya qüvvələrinin sözçüsü Rayn Dillon təşkilatın Rakka şəhərinin təhlükəsizliyi məqsədilə qurulduğunu bəyan edib.

O, koalisiya qüvvələri tərəfindən təlimatlandırılan Rakka Daxili Təhlükəsizlik Qüvvələrinin (RDTQ) artıq şəhərə yerləşdirildiyini açıqlayıb.

Bu təşkilatın daxilində ərəblər və yerli könüllülər əksəriyyət təşkil edir. Hazırda 850 nəfər üzvü olan təşkilata bu həftə ərzində daha 230 nəfərin qatılacağı bildirilib.

Sözügedən təşkilata təməl bilgilərlə yanaşı, ilk yardım, silahlı qarşıdurma, axtarış və nəzarət əməliyyatları barəsində də təlimlər keçirilib

 




Ana səhifəyə qayıt        Baxış: 773          Tarix: 4-08-2017, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma