Xəbər lenti

Çin Prezidenti Si Cinpinin səfərindən sonra Macarıstan Pekinin Vaşinqtonla qarşıdurmada strateji tərəfdaşına çevrilib.

Bu barədə “Financial Times” yazıb.

Nəşrin vurğuladığı kimi, Budapeşt indi Si Cinpinin Pekinin “dostlar dairəsi” adlandırdığı təşkilatın üzvü olub. Bunlar ÇXR-in ABŞ-nin gücünə qarşı çıxmaq səylərini ən çox dəstəkləyən dövlətlərdir.

Nəşr qeyd edir ki, indi möhkəmlənmiş əlaqələr sayəsində Macarıstan Çindən diplomatik və investisiya dəstəyi tələb edə bilər. Münasibətlərin dərinləşməsi isə müəlliflərin yazdığı kimi, geosiyasi mesaj daşıyır.

Xatırladaq ki, Si Cinpin mayın 5-dən 10-dək Avropa turunda olub. Səfər zamanı o, Fransa, Serbiya və Macarıstana baş çəkib.




Ana səhifəyə qayıt        Baxış: 2 682          Tarix: 11-05-2024, 22:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma