Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərinin hava limanını atəşə tutub, hava limanı qismən dağılıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynananın xalq deputatı Musa Maqomedov teleqramda bildirib.
“Növbəti gözəl hava limanını dağıdıblar, bu dəfə Zaporojyedə”, – o qeyd edib.
Deputatın dərc etdiyi şəkildə hava limanının qismən dağıldığı əks olunub.
Bölgənin atəşə tutulmasından öncə Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fyodorov X-59 raketlərinin region istiqamətində buraxıldığını açıqlamışdı.
Xatırladaq ki, müharibədən öncə illik 600 mindən çox sərnişin axınına malik Zaporojye aeroportu fevralın 24-də, müharibənin ilk günündə ölkədə hava məkanının bağlanmasından sonra fəaliyyətini dayandırıb. Eyni gün işğalçı qüvvələr hava limanına zərbə endirib.
Paylaş: