Xəbər lenti

Bu il Ukrayna Şimali Atlantika Alyansını Rusiya ilə müharibəyə sürükləyəcəyi qorxusu səbəbindən NATO-ya üzv ola bilməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin mənbələri iddia edir ki, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək və təşkilatın 75-ci ildönümünə həsr olunacaq NATO sammitinə hazırlıq zamanı ABŞ və Almaniya Ukraynanın NATO-ya üzvlük məsələsinə qarşı qəti şəkildə mövqe ortaya qoyublar.

“Bu dövlətlər Ukraynanın bu il NATO-ya tam üzvlük məsələsinə şübhə ilə yanaşıblar. Birləşmiş Ştatlar Almaniya qədər narahat olmaya bilər, lakin Rusiyanın alyansın qalan hissəsi üçün yaratdığı təhlükədən xəbərdardır. Bununla əlaqədar olaraq həmin ölkələr prezident Zelenskidən “mümkün olmayanı” istəyiblər”, - deyə qəzet yazır.




Ana səhifəyə qayıt        Baxış: 3 314          Tarix: 29-05-2024, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma