Xəbər lenti

Bu ilin birinci rübündə Rusiyadan elektrik enerjisi ixracı 20,2 faiz azalaraq 2 milyard 65 kVt/saat təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiyanın yeganə enerji ixaracatçısı “İnter RAO” şirkətinin hesabatında əksini tapıb.

Hesabata əsasən azalma Çinə ixrac hesabınadır. Belə ki, Rusiyanın Şərq əyalətlərində çaylarda suyun az olması, Uzaq Şərqdə istehlakın artması, eləcə də generasiya avadanlıqlarının təmiri ilə əlaqədar məhdudiyyətlər səbəbindən Çinə tədarüklər azalır.

Qazaxıstan, Qırğızıstan, Monqolustan və bir sıra digər istiqamətlərə ixrac tədarükünün həcmində isə artım qeydə alınıb.

2024-cü ilin ilk üç ayında “İnter RAO”nun istehsal etdiyi elektrik enerjisinin həcmi illik ifadədə 2,5 faiz artaraq 35,99 milyard kilovatsaata çatıb. Birinci rübün sonunda şirkətin Ticarət seqmentində gəliri 12,8 milyard rubl təşkil edib ki, bu da 2023-cü ilin müqayisəli dövründən 0,5 milyard çoxdur. Gəlirlərdə ən böyük artım Qazaxıstan, eləcə də Monqolustan və Qırğızıstan istiqamətindədir.

Daha əvvəl bildirilmişdi ki, “İnter RAO” Çinə 500 kV-luq Amurskaya-Heihe hava xətti ilə elektrik enerjisinin ixracını planlaşdırılan 600 MVt-dan aşağı salıb. Energetika Nazirliyindən bildirilib ki, azalmanın səbəbləri Şərqin vahid enerji sistemi daxilində rejim vəziyyəti, generasiya qurğularının imkanları və elektrik enerjisi istehlakının artmasıdır. Aprel ayında o vaxt Rusiya Federasiyasının energetika naziri vəzifəsini tutan Nikolay Şulqinov bildirmişdi ki, bu il Çinə elektrik enerjisi ixracı yalnız kifayət qədər su ehtiyatları yığılmaqla bərpa edilə bilər, Energetika Nazirliyi isə Amurskaya - Heihe hava xətti ilə ixracı bərpa etmək üçün hələ heç bir arqument görmür.

2023-cü ilin sonunda Çinə elektrik enerjisi tədarükünün həcmi bir il əvvəl rekord göstərici olan 4,6 milyard kilovatsaata nisbətən 3,1 milyard kilovatsaata qədər azalıb.




Ana səhifəyə qayıt        Baxış: 3 134          Tarix: 30-05-2024, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma