Xəbər lenti

 

Tehranda parlament binasında İran prezidenti Həsən Ruhaninin inauqurasiyası keçirilib.

Rəsmi mərasimdə H.Ruhani parlament üzvləri, siyasətçilər və xarici qonaqlar qarşısında and içib. Bu gün eyni zamanda, İran prezidentinin yeni hökumətin tərkibini təqdim edəcəyi də gözlənilir.

H.Ruhaninin inauqurasiyasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti də iştirak edir.

Qeyd edək ki, Ruhani may ayında İranda keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəlib. (Trend)




Ana səhifəyə qayıt        Baxış: 1 138          Tarix: 5-08-2017, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma