Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, Avropa Ukraynaya kömək üçün daha çox pul ödəyəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Almaniyadakı keçmiş səfiri, siyasətçinin yaxın müttəfiqi Riçard Qrenell "Bild"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Almaniya hakimiyyəti Trampın siyasətinə dəhşətli dərəcədə yanlış münasibət göstərib:
“Şimal axını-2 Ukrayna müharibəsinin səbəblərindən biri oldu. Almaniya hakimiyyəti Donald Trampı dinləmədi. Mən buna görə üzrxahlıq istəyərdim".
Qrennel Co Baydeni Putinlə danışıqlar aparmadığına görə tənqid edib:
"Avropada Rusiyanın işğalçı hücumuna görə müharibə gedir və Co Bayden Putinlə danışmadı. Düşünürəm ki, insanlarla danışmaq bir taktikadır. Bu, məqsəd deyil, həll yolu deyil, amma bizi oraya çatdırır".
Paylaş: