Xəbər lenti

Colan təpələrinə raket hücumundan sonra İsrail Livanla tam miqyaslı müharibə planlaşdırmır.

Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" bir sıra yüksəkrütbəli İsrail rəsmilərinə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, maksimum bir neçə günlük hərbi qarşıdurma gözlənilir.

Xatırladaq ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, "Hizbullah" hərəkatı Colana zərbə endirdiyi üçün misli görünməmiş bədəl ödəyəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 898          Tarix: 28-07-2024, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma