Xəbər lenti

Birləşmiş Ştatlar İsrailin İran və Livana endirdiyi hava zərbələrinin fonunda hərbi eskalasiyanı nəzərə alaraq, Yaxın Şərq regionu, Körfəz və Aralıq dənizi akvatoriyasına ümumilikdə 12 hərbi gəmi göndərib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə "The Washington Post"a məlumatı Pentaqondakı mənbə təqdim edib.

Məlumatda, həmçinin qeyd olunub ki, son günlər HƏMAS və "Hizbullah" qruplaşmasının yüksəkrütbəli üzvlərinin İsrail tərəfindən öldürülməsindən sonra yaranan gərginliyi nəzərə alaraq Pentaqon sözügedən məlumatı ictimailəşdirməyi məqbul bilməyib.




Ana səhifəyə qayıt        Baxış: 2 625          Tarix: 1-08-2024, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma