Xəbər lenti

"İsrail radikallara qarşı müharibədə qalib gəlmək əzmindədir, xarici və daxili təzyiqlərə boyun əyməyəcək".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Biz təzyiqlərə boyun əyməyəcəyik", - deyə İsrail Nazirlər Kabinetinin rəhbəri "X" hesabında yazıb.

Bu bəyanatın altında, baş nazir iyulun 31-də etdiyi televiziya müraciətindən bir hissə paylaşıb. Netanyahu qeyd edib ki, əgər İsrail xarici və daxili təzyiqlərə boyun əysəydi, HƏMAS liderlərini və minlərlə yaraqlını məhv etməz, həmçinin radikal HƏMAS hərəkatının silahlanaraq bərpa olmasında böyük rol oynayan Filadelfiya dəhlizinə və "Rəfah" keçid məntəqəsinə (Qəzza zolağının Misirlə sərhədi) nəzarəti ələ keçirməzdi.




Ana səhifəyə qayıt        Baxış: 3 141          Tarix: 1-08-2024, 19:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma