Xəbər lenti

ABŞ-nin qorumağa söz verdiyi İsrail ilə İran arasında gərginlik artmaqda davam edir.

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda İsrailin hava hücumu nəticəsində öldürüldükdən sonra ABŞ-nin Əl-Əsəd hərbi hava bazasına hücum edilib. ABŞ əsgərlərinin yaralandığı hücumdan sonra ABŞ-nin İsraili qorumaqdan əlavə, həm də İrana qarşı birbaşa cavab hücumu təşkil edəcəyi iddiası gündəmə gəlib.

Oxu.Az-ın bildirir ki, bu barədə "Haber Global Web Özel"ə təqaüddə olan ABŞ-li admiral Skot Devidson danışıb.

Admiral dəniz qüvvələrini bölgədə cəmləşdirməyə başlayan Vaşinqtonun strategiyası ilə bağlı qiymətləndirmələr verib. Onun sözlərinə görə, ABŞ-nin İrana sərt cavabı qaçılmazdır. Lakin Devidson iddia edir ki, ABŞ-nin müdaxiləsi ilə Yaxın Şərqdə müharibə ehtimalı azalacaq.

"İraqdakı bazaya hücum İranın bu il həyata keçirdiyi üçüncü hücumdur. İran hərbi ədəbiyyatda səfərbərlikdən əvvəlki vəziyyət kimi qəbul edilən müharibəyə hazırlıq görür. Bu fəaliyyətlər hərbi gücün "eskalasiya" adlanan diplomatik mərhələləri hesab olunur. Lakin hərbi bazalara hücum bu diplomatiyadan kənara çıxır. ABŞ donanması, böyük ehtimalla, hava qüvvələri ilə birlikdə İrana qarşı bir neçə əks-hücum təşkil edəcək", - deyə admiral bildirib.

Skot Devidson qeyd edib ki, ABŞ-nin bunu etməkdən başqa yolu yoxdur:

"Bölgədə 50 minə yaxın hərbi qulluqçusu, üç dəniz bazası və bir çox hava bazası olan bir ölkə kimi, ABŞ İsraildən əvvəl öz şəxsi heyətini qorumalıdır. ABŞ bazaları İranın, xüsusən də proksi təşkilatları ilə birlikdə hücum edə biləcəyi məsafədə olduğu üçün qabaqlayıcı hücumun edilməsi zəruridir.

ABŞ-nin İsrail sahillərinə göndərdiyi iki təyyarədaşıyan gəmidən əlavə, Yaxın Şərqdəki bazalarda daha iki belə qayığı var. Şərqi Aralıq dənizindən Bəsrəyə qədər uzanan bölgədə isə idarəolunan raket esminesləri və kreyserlər, sualtı qayıqlar və desant gəmiləri də daxil olmaqla, 40-dan çox texnika yerləşdirilib. İtaliya və İspaniyadakı hərbi-dəniz bazaları ilə yanaşı, Hind okeanındakı Diyeqo Qasiya birgə dəniz bazasından təyyarədaşıyanlar da daxil olmaqla, çox sayda hərbi dəniz texnikasına dəstəyin təmin olunması da mümkündür".

Admiral düşünür ki, İranın ABŞ-yə qarşı hərbi eskalasiya gücü bazalara hücumdan o yana gedə bilməz.

"Tehranın bundan başqa heç bir hava və ya dəniz gücü yoxdur, amma düşünürəm ki, ABŞ geniş seçim imkanlarına sahib olduğundan çox sayda cavab hücumları həyata keçirə bilər və bunların hamısı da dağıdıcı təsirə malik ola bilər. ABŞ-nin bu hərbi mövcudluğu həm də müharibənin bütün Yaxın Şərqə yayılmasının qarşısını alır", - deyə admiral fikrini tamamlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 083          Tarix: 9-08-2024, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma