Rusiya "Şimal axını"nın partlayışı ilə bağlı istintaqa görə Almaniyaya qarşı rəsmi iddialar irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin RİA Novosti-yə müsahibəsində bildirib.
"Almaniya hakimiyyəti Baltik dənizində terror aktları törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşlarından birini axtarışa verib. Alman mediasının bu şəxslərin heç bir dövlətlə əlaqəsi olmadığı tezisini uzun müddət və metodiki şəkildə irəli sürdüyünə görə Almaniya istintaqı da Şimal axınında törədilən partlayışların əsl sifarişçilərini müəyyən etmədən işi bağlayacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
O, həmçinin, Kremlin bu vəziyyətlə barışmaq niyyətində olmadığını da qeyd edib.
Diplomat vurğulayıb ki, Rusiya Almaniya tərəfinin BMT-nin antiterror konvensiyalarından irəli gələn öhdəliklərini yerinə yetirməsi məsələsini qaldırıb.
"Biz danışıqları hazırkı beynəlxalq qaydalara uyğun aparmağa çalışırıq", - deyə Tyapkin yekunlaşdırıb.
Paylaş: