Xəbər lenti

ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də keçirilməsi planlaşdırılan seçki debatında iştirakdan imtina edib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp çıxış edib.

D.Tramp bildirib ki, debatın "Fox News" televiziyasında keçirilməsi nəzərdə tutulmuşdu, lakin Kamala Harris son anda debata gəlməkdən imtina edib.

D.Tramp əlavə edib ki, debat əvəzinə, eyni tarixdə "Fox News"da seçicilərin suallarını özü cavablandıracaq.




Ana səhifəyə qayıt        Baxış: 3 157          Tarix: 20-08-2024, 09:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma